Ramil Şeydayev "Zenit"lə oyunda qırmızı vərəqə aldı VİDEO

19:25 - 28 Aprel 2019

Rusiya Premyer Liqasında 26-cı turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi “Krılya Sovetov” səfərdə lider "Zenit"ə 2:4 hesabı ilə uduzub.

 

Şeydayev start heyətdə meydana çıxıb. 23 yaşlı hücumçu komandasının ilk qolunun məhsuldar ötürməsini edib.

 

Ramil 47 və 78-ci dəqiqədə sarı vərəqələr alıb və meydanı vaxtından əvvəl tərk edib.

 

“Krılya Sovetov” 27 xalla 13-cü pillədə qərarlaşıb. 57 xalı olan "Zenit" isə liderdir.

 

Xəbər xətti