Türkiyə futbolunda faciə: milli üzvü vəfat etdi

10:10 - 29 Aprel 2019

Türkiyə Super Liqasının 30-cu turunda keçirilən "Kayserispor" - "Alanyaspor" matçından sonra faciəvi hadisə baş verib.

 

Sportal.az xəbər verir ki, matçdan sonra qonaq komandanın 7 əcnəbi futbolçusunu aparan mikroavtobus qəzaya uğrayıb. Hadisəyə səbəb sürücünün yolda yuxulaması olub. Qəza nəticəsində "Alanyaspor"un hücumçusu Jozef Şural dünyasını dəyişib. Çexiya millisinin üzvü xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb. Digər 6 futbolçu isə müxtəlif bədən xəsarətləri alıb.

 

28 yaşlı hücumçu bu ilin yanvarında Praqa "Sparta"sından Alanya təmsilçisinə keçmişdi.

Xəbər xətti