Ranyeri: "Konteni "Roma"nın baş məşqçisi kimi görmək istəyirəm"

16:34 - 29 Aprel 2019

"Roma"nın baş məşqçi postuna müvəqqəti keçən Klaudio Ranyeri yeni mövsüm klubun çalışdırıcısı kimi görmək istədiyi mütəxəssisin adını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, Ranyeri özündən sonra Antonio Konteni "Roma"nın "sükanı arxası"nda görmək istədiyini dilə gətirib: "Bir "Roma"lı kimi Konteni bu komandanın baş məşqçisi kimi görmək istərdim. Bu, məni həqiqətən də xoşbəxt edərdi. Ancaq onun komandanın baş məşqçisi olub-olmayacağı ilə bağlı məndən soruşmayın. Çünki bunu bilən ən sonuncu adam mən olacam".

 

Qeyd edək ki, "Roma"nın Antonio Konteyə müqavilə təklif edib. "Canavarlar" sonuncu dəfə ötən mövsüm "Çelsi"də çalışan mütəxəssisə illik 9,5 milyon avro maaş verməyə hazırdır.

Xəbər xətti