Serxio Aquero Anrinin rekorduna çatdı

18:51 - 29 Aprel 2019

İngiltərə Premyer Liqasının 36-cı turunda "Börnli" ilə səfər matçında "Mançester Siti"yə kritik 3 xal qazandıran qolun müəllifi olan Serxio Aquero rekorda nail olub.

 

Sportal.az xəbər verir ki, argentinalı hücumçu cari mövsüm Premyer Liqadakı qollarının sayını 20-yə çatdırıb. 30 yaşlı futbolçu ardıcıl 6 mövsümdür ki, Premyer Liqada 20 və daha çox qol vurub. Aquero bu göstəricidə "Arsenal"In sabiq hücumçusu Tyerri Anrinin rekorduna çatıb.

 

İngiltərə Premyer Liqasında ardıcıl 7 mövsüm 20 və daha çox qol vuran futbolçu yoxdur.

Xəbər xətti