Ramil Şeydayevə müqavilə təklifi

10:26 - 30 Aprel 2019

Rusiyanın "Krılya Sovetov" klubu Azərbaycan millisinin üzvü Ramil Şeydayevlə müqaviləni uzatmağa hazırlaşır.

 

Sportal.az "sport24.ru" saytına istinadən xəbər verir ki, bu barədə Samara klubunun inkişaf direktoru Aleksandr Şikunov məlumat verib. Klub rəsmisi Aleksandr Səmədov və Maksim Kanunnikovla da yeni müqavilə imzalamaq istədiklərini vurğulayıb.

 

Qeyd edək ki, Ramil Şeydayevin "Krılya Sovetov"la müqaviləsi mövsümün sonunda başa çatacaq. 23 yaşlı hücumçu Premyer Liqada 15 oyuna (699 dəqiqə) 4 qol vurub. Ramil 15 oyunun 7-də start heyətdə yer alıb.

Xəbər xətti