Ayaz Quliyev 90 dəqiqə oynadı, "Spartak" qələbəni əldən verdi VİDEO

10:49 - 30 Aprel 2019

Rusiya Premyer Liqasında 26-cı tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi "Spartak" evdə "Rubin"lə 1:1 hesablı heç-heçə edib.

 

Ayaz oyuna start heyətdə başlayıb və sonadək oynayıb.

 

Premyer Liqada turnir cədvəlinə 57 xalla "Zenit" başçılıq edir. "Spartak" 40 xalla 5-ci, "Rubin" 32 xalla 11-cidir.

 

"Spartak" - "Rubin" - 1:1

Qollar: Fernando, 23 - Sorokin, 87

 

Xəbər xətti