Azərbaycan millisinin üzvündən qol və məshuldar ötürmə VİDEO

11:08 - 30 Aprel 2019

Türkiyə I Liqasında 31-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Dəniz Yılmazın formasını geyindiyi “Gənclərbirliyi” səfərdə “Karabükspor”u 4:0 hesabı ilə məğlub edib.

 

Dəniz start heyətdə meydana çıxıb və sonadək oynayıb. 31 yaşlı futbolçu 1 qol, 1 assistlə yadda qalıb. O, cari mövsüm vurduğu qolların sayını 3-ə çatdırıb.

 

“Gənclərbirliyi” 67 xalla çempionatın lideridir.

 

Xəbər xətti