Elbrus Məmmədov: "Millidə işləməyi üstün tutacam"

12:32 - 30 Aprel 2019

"Sumqayıt"ın əvəzedici komandası baş məşqçi Elbrus Məmmədovun rəhbərliyi altında I Divizionda uğurlu mövsüm keçirir. "Gənlik şəhəri" təmsilçisi lider MOİK-lə çempionluq uğrunda mübarizə aparır.

 

Komandanın baş məşqçisi Elbrus Məmmədov Sportal.az saytına açıqlamasında çempionluğun çətin olduğunu deyib: 

 

"Divizionda sona iki tur qalıb. Dəqiq nəsə demək olmur. Üstünlük MOİK-dədir. Çempion olmaları üçün bir qələbəyə ehtiyacları var. Bu mövsümkü çıxışımızla bağlı qiyməti rəhbərlik versə, daha yaxşı olar. Məncə, pis nəticə vermədik, ikinci yerdə gedirik".

 

Azərbaycanın U-21 milli komandasında Milan Obradoviçin köməkçisi olan mütəxəssis mövsümün sonunda seçim etməli olacaq. O, ya klubu, ya da millini seçməlidir. Məmmədov millidə işləməyi üstün tutacağını vurğulayıb:

 

"Çempionat bitəndən sonra yekun qərar verəcəm. Yəqin ki, millidə işləməyi üstün tutacam".

Xəbər xətti