Aqil Nəbiyev: "Yeni mövüm Premyer Liqada işləmək ehtimalım ola bilər"

14:27 - 30 Aprel 2019

Azərbaycan milli komandasının sabiq futbolçusu, "Şüvəlan"ın keçmiş baş məşqçisi Aqil Nəbiyev Sportal.az-a açıqlama verib.

 

Qışda "Şüvəlan"dan ayrılan 36 yaşlı mütəxəssis yeni mövsümdən baş məşqçi kimi işləyəcəyini deyib:

 

"Növbəti mövsüm işləmək ehtimalım var. Məşqçi kursumuz başa çatıb. İndi düşünmək olar. Divizion klublarından söz-söhbət ortaya çıxır. Ancaq mən tələsmirəm. Mövsüm başa çatsın, çempionatlardakı komandaların sayı dəqiqləşsin, düşünmək üçün zaman olacaq. Premyer Liqada işləmək ehtimalım ola bilər".

 

Nəbiyev Azərbaycan Premyer Liqasında mövsümün sonuna 2 tur qalmış çempionluq uğrundakı yarış barədə bunları deyib: "Qarşıdakı turda çox şeyə aydınlıq gələ bilər. Son iki tur qalmış 5 xal böyük fərqdir. Söhbət 1 yox, 5 xaldan gedir. Artıq "Qarabağ" 99 faiz çempionluğu həll edib. Düşünürəm ki, növbəti turda çempion bəlli olacaq".

 

Gənc mütəxəssis Azərbaycan kubokunun yarımfinal cütləri barədə danışarkən komandaların şanslarını bərabər sayıb: "Kubokun cavab görüşləri maraqlı keçəcək. Bütün komandaların final şanları var. "Qəbələ" ilk oyunda qalib gəldi. "Qarabağ" cavab görüşündə iki qol fərqi ilə udmalıdır. "Qəbələ" cavab matçında ağıılı oynasa, niyə də finala çıxmasın? "Zirə" səfərdə yaxşı nəticə əldə etdi. Hər iki duel üçün şansları bərabər sayıram".

Xəbər xətti