"Bordinə çempionluq üçün əvvəlcə möcüzə, sonra inam lazımdır"

14:35 - 30 Aprel 2019

İtaliya mətbuatında Premyer Liqanın başa çatmasına iki tur qalmış "Neftçi"nin çempionluq şansları dəyərləndirilib.

 

Sportal.az "rivierasport.it" saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssis Roberto Bordinin çalışdırdığı paytaxt klubuna Azərbaycan çempionu olması üçün möcüzə lazım olduğu vurğulanıb: "Roberto Bordinin çalışdırdığı "Neftçi" 26-cı turda "Sumqayıt"a 2:3 uduzmaqla lider "Qarabağ"dan 5 xal geri düşdü. "Qarabağ" isə bu tur "Zirə"ni məğlub etdi. Düzdür, qarşıda hələ 180 dəqiqə var. "Neftçi" "Qarabağ"ın "Səbail"ə büdrəməsini gözləməlidir. Bordinə çempionluq üçün əvvəlcə möcüzə, sonra inam lazımdır".

 

Qeyd edək ki, 27-ci turda "Qarabağ" "Səbail"i məğlub etsə, çempionluğunu rəsmiləşdirəcək.

Xəbər xətti