Poçettino: "Yarımfinalda "Ayaks"la "Tottenhem"in qarşılaşacağını kimsə ehtimal etməzdi"

16:31 - 30 Aprel 2019

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində "Ayaks"ı qəbul edəcək "Tottenhem"in baş məşqçisi Maurisio Poçettino oyundan öncə açıqlama verib.

 

Sportal.az xəbər verir ki, argentinalı mütəxəssis komandasının yarımfinala kimi irəliləyəcəyini çoxlarının xəyal etmədiyini deyib: "Yarımfinaldayıq, çünki yaxşı komandamız var. Daha yaxşı olmağa davam edəcəyik. Həmişə komanda şəklində olmuşuq. Yeni stadionumuzda yarımfinal matçına çıxacağıq. Bir neçə ay öncə kimsə bunu xəyal etmirdi".

 

Poçettino "Ayaks"ın yarımfinala layiq komanda olduğunu bildirib: "Ayaks"la oyunlarımız çətin keçəcək. Bura qədər gəlməyi haqq ediblər. "Ayaks" qrupda uduzmayıb. Daha sonra isə "Real"la "Yuventus"u keçdi. Möhtəşəm iş görürlər. Kimsə ehtimal etməzdi ki, yarımfinalda "Ayaks"la "Tottenhem" qarşılaşacaq. Ancaq burdayıq, çünki hər iki komanda buna layiqdir".

 

47 yaşlı mütəxəssis "Barselona"nı Çempionlar Liqasında favorit adlandırıb: "Çempionlar Liqasının favoriti "Barselona"dır. Messi orda olmasaydı, hər komandanın 25 faizi şansı olacaqdı. Ancaq Messi dünyanın ən yaxşısıdır və o, "Barselona"da çıxış edir".

Xəbər xətti