Boatenq: "Barselonanın adını çəkəndə "Espanyol"a transfer olacağımı düşündüm"

16:51 - 30 Aprel 2019

Qış fasiləsində İtaliyanın "Sassuolo" klubundan İspaniya "Barselona"sına keçən qanalı futbolçu Kevin-Prins Boatenq açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı hücameyilli futbolçu "Barselona"dan təklif alanda inanmadığını deyib: "Agentim mənə zəng etdi və "İnter"lə oyunda yaxşı oynamağı tapşırdı. Həmin oyunda məni izləyəcəklərini və oyundan sonra Barselona şəhərinə gedəcəyimizi dedi. Barselona şəhərinin adını eşidəndə ağlıma ilk olaraq "Espanyol"a transfer olacağım barədə fikir gəldi. Ancaq mənə "Barselona"ya gedirik", - deyə bildirəndə o an inanılmaz idi. Bu transferə idman direktoru mənə zəng edənə kimi inanmadım".

 

Boatenq "Barselona"da 3 oyun keçirib.

Xəbər xətti