"Mançester Yunayted"də itki: mövsümü başa vurdu

18:52 - 30 Aprel 2019

İngiltərə Premyer Liqasında mövsümün sonuna iki tur qalmış "Mançester Yunayted"də itki baş verib.

 

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın müdafiəçisi Erik Bayi uzun müddət yaşıl meydanlardan kənar qalacaq.

 

36-cı turda "Çelsi" ilə qarşılaşmada zədələnən kot-d-ivuarlı müdafiəçi mövsümü bitirib. 25 yaşlı futbolçunun Afrika Millətlər kubokunda oynaması sual altındadır.

 

Erik Bayi cari mövsüm Premyer Liqada 12 oyun keçirib.

Xəbər xətti