Qodin "Atletiko"dan ayrılır

00:28 - 1 May 2019

"Atletiko" kapitanı Dieqo Qodinlə mövsümün sonunda yolları ayıracaq.

 

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, Uruqvay millisinin üzvü mövsümün sonunda Madrid klubu ilə başa çatacaq müqaviləsini uzatmayacaq. 32 yaşlı futbolçu "İnter"lə anlaşıb. Qodin yayda İtaliya klubu ilə iki illik müqavilə bağlayacaq. O, Milan təmsilçisinə azad agent statusu ilə keçəcək.

 

Qodinin "Atletiko"dan ayrılacağı ilə bağlı rəsmi məlumat La Liqanın 37-ci turunda "Sevilya" ilə ev oyunundan sonra açıqlanacaq.

 

Qeyd edək ki, "Atletiko" Qodini 2010-cu ildə "Vilyarreal"dan 8 milyon avroya transfer edib.

Xəbər xətti