Maurisio Poçettino etiraf etdi: "Səhv etmişəm"

11:43 - 1 May 2019

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda evdə "Ayaks"a 0:1 hesabı ilə uduzan "Tottenhem"in baş məşqçisi Maurisio Poçettino açıqlama verib.

 

Sportal.az xəbər verir ki, argentinalı mütəxəssis məğlubiyyəti şərh edib: "Oyuna çox pis başladıq. "Ayaks" meydanda daha çox enerji sərf etdi.  Qol buraxandan sonra oynamağa başladıq. Mussa Sissokonun oyuna daxil olmadı lehimizə oldu. İkinci hissədə daha çox qol epizodları yaratmağa çalışdıq. Hələ həyatdayıq. 0:1 hesabı ilə uduzmuşuq. Hollandiyada qalib gələcəyimizə inanmağımız lazımdır".

 

47 yaşlı çalışdırıcı oyunun başlanğıc planında səhvə yol verdiyini deyib: "Uduzduq və oyunun start planında səhv etdiyimi qəbul edirəm. Ancaq çox seçim imkanı yoxdur. Fərqli şəkildə başlasaydıq, nələr olacağını bilməzdik. Xoşbəxt deyiləm. Oyuna yanaşmamız yaxşı deyildi. Bu komandanın baş məşqçisi mənəm və məsuliyyəti öz üzərimə götürürəm".

 

Cütün cavab oyunu mayın 8-də baş tutacaq.

Xəbər xətti