Qəzada ölən futbolçunun forma nömrəsi əbədiləşdirildi

12:12 - 1 May 2019

Türkiyə Super Liqa təmsilçisi “Alanyaspor” klubu yol qəzasında vəfat edən çexiyalı futbolçusu Jozef Şuralın forma nömrəsini əbədiləşdirib.

 

Sportal.az xəbər verir ki, 29 yaşında dünyasını dəyişən hücumçunun 90 nömrəli formasını Alanya təmsilçisində heç kim geyinməyəcək. Bu barədə qərarı klubun İdarə Heyəti verib.

 

Qeyd edək ki, “Alanyaspor”un avtobusu “Kayserispor”la Super Liqanın 30-cu turdakı səfər qarşılaşmasından qəzaya uğrayıb. Şural aldığı ağır xəsarətlərdən sonra xəstəxanada vəfat edib.

Xəbər xətti