"Barselona" "Liverpul"u darmadağın etdi

01:00 - 2 May 2019

Çempionlar Liqasında yarımfinal mərhələsi davam edir. Bu gün ilk oynların ikincisi keçirilib.

 

Sportal.az xəbər verir ki, turnirin son finalçısı "Liverpul" səfərdə "Barselona"nın qonağı olub. Mersisayd klubu çətin səfərdə sərfəli nəticə əldə etmək iddiasında idi. Kataloniyalılar isə doğma azarkeşləri qarşısında qələbə qazanaraq, cavab oyunu öncəsi üstünlük əldə etməyə çalışırdı. İspaniya təmsilçisi istədiyinə nail olub. 3 cavabsız qolla qələbə qazanan "Barselona" finalın qapısını aralayıb.

 

Yarımfinalın digər matçında "Ayaks" səfərdə "Tottenhem"i 1:0 hesabı ilə məğlub edib.

 

"Barselona" - "Liverpul" - 3:0

Qollar: Luis Suares, 26, Lionel Messi, 75, 82

Xəbər xətti