Kapitanın qələbə şərhi: "Favorit olduğumuzu söyləyənlərə fikir vermədik"

12:39 - 1 May 2019

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda səfərdə "Tottenhem"i 1:0 hesabı ilə məğlub edən "Ayaks"ın kapitanı Matteis de Liqt açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 19 yaşlı müdafiəçi önəmli üstünlük qazandıqlarını deyib: "Yaxşı oyun deyil, nəticə vacib idi. Biz də bunu etdik. David Nereslə ikinci qolu vura bilərdik, ancaq alınmadı. Nəticədən məmnunuq. Final üçün üstünlük bizdədir, ancaq ikinci oyun var".

 

De Liqt "Tottenhem"in güclü komanda olduğunu vurğulayıb: "Hollandiyada "Tottenhem"in asan məğlub edə biləcəyimiz, "ikinci sinif" komanda olduğunu düşünürdülər. Ancaq biz bu komandanın nə qədər güclü olduğunu bilirik. Rəqibi dəyərləndirdik və qalib gəldik".

 

Hollandiyalı futbolçu "Ayaks"ı cütün favoriti adlandıranla razılaşmadığını bildirib: "Turun favoriti olduğumuzu söyləyənlərə fikir vermədik. Bəlkə də, oyuna favorit olmadan çıxmaq daha yaxşıdır. "Bayern", "Real", "Yuventus" kimi komandalara qarşı yaxşı oynadıq. Ancaq "Tottenhem" də güclü kollektivdir. Vuruşmalı idik və belə də etdik".

Xəbər xətti