Bakı Olimpiya Stadionunun ot örtüyünə baxış keçirildi FOTOLAR

15:08 - 1 May 2019

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar UEFA nümayəndələri Bakıya növbəti dəfə səfər edib.

 

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, bu dəfəki səfər Bakı Olimpiya Stadionunda ot örtüyünün vəziyyəti ilə tanışlıq məqsədi daşıyıb. Mütəxəssislər ot örtüyünə baxış keçirdikdən sonra hazırkı vəziyyəti müsbət qiymətləndiriblər.

 

UEFA Avropa Liqasının final oyununun təşkili ilə əlaqədar Əməliyyat Qrupunun Bakı Olimpiya Stadionunda yerləşən ofisində UEFA-nı təmsil edən mütəxəssislərlə AFFA-nın baş katibi Elxan Məmmədovun və Əməliyyat Qrupu üzvlərinin görüşü keçirilib, fikir mübadiləsi aparılıb. Əməliyyat Qrupunda fəaliyyət göstərən mütəxəssislər final oyununa qədər qalan müddət ərzində BOS-un ot örtüyünü yüksək səviyyədə saxlamaq üçün müvafiq işlərin görüldüyünü bildirib, bunun üçün xüsusi avadanlıqlardan istifadə olunduğunu qeyd ediblər.

 

Xəbər xətti