Van Dayk: "Messini müdafiə edərkən tək olmayacam"

15:58 - 1 May 2019

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda "Barselona"nın qonağı olacaq "Liverpul"un müdafiəçisi Vircil van Dayk açıqlama verib.

 

Sportal.az xəbər verir ki, cari mövsüm Premyer Liqada ən yaxşı futbolçu seçilən 27 yaşlı hollandiyalı oyunçu rəqibin ulduzu Lionel Messi barədə danışıb: "Messinin dünyanın ən yaxşı futbolçusu olduğunu düşünürəm. Dünyanın ən yaxşı futbolçusu ilə qarşılaşacaq. Ancaq tək Messini deyil, "Barselona"nın da çox güclü olduğunu demək lazımdır. Messi fərqli futbolçudur. Amma bizim komanda şəklində necə hücum etdiyimizi və müdafiə olunmağımızı görürsünüz. Messini müdafiə edərkən tək olmayacam".

Xəbər xətti