Klub ölən futbolçunun ailəsinə maaş verəcək

16:12 - 1 May 2019

Türkiyənin "Alanyaspor" klubu qəzada dünyasını dəyişən Jozef Şuralla bağlı yeni qərar qəbul edib.

 

Sportal.az xəbər verir ki, vəfat edən 29 yaşlı çexiyalı futbolçunun 2,5 illik müqaviləsində nəzərdə tutulan məvacibi ailəsinə ödənəcək.

 

Şural bir neçə gün əvvəl "Kayserispor" - "Alanyaspor" matçından qayıdarkən kluba aid olan mikroavtobusun qəza törətməsi səbəbilə dünyasını dəyişib.

Xəbər xətti