Riçard Almeyda: "Adamı təxribata çəkməyi xoşlayır" MÜSAHİBƏ

20:20 - 1 May 2019

"Qarabağ" Azərbaycan kubokunun yarımfinal mərhələsində iki oyunun nəticəsinə görə "Qəbələ" ilə dueldə mübarizəni dayandırıb.
 
Sportal.az xəbər verir ki, oyundan sonra Ağdam klubunun yarımmüdafiəçisi Riçard Almeyda jurnalistlərin suallarını cavablandırıb. 29 yaşlı futbolçu öncə oyunla bağlı danışıb:
 
- Bu gün çox gözəl oyun nümayiş etdirdik. Kollektiv olaraq baş məşqçinin bütün istədiklərini yerinə yetirməyə çalışdıq. Fikrimcə, bu, bizdə alındı. Ancaq futboldur, bir səhv və finala adlaya bilmədik. “Qəbələ”ni təbrik edirik. 3 gün sonra “Səbail”lə vacib oyunumuz var. Həmin qarşılaşmaya köklənməliyik.
 
- Həmin matç yarımfinaldan daha vacibdir?
- Xeyr, bütün oyunlar vacibdir. Təəssüf ki, bir səhvə görə finala çıxa bilmədik. Qarşılaşmalara ciddi yanaşırıq.
 
- Komandada məyusluq görünmür. Naxçıvana getməyə həvəsiniz yoxdur?
- Kim finalda oynamaq istəməz?
 
- Hər iki qoldan sonra “Qarabağ”da boşluqlar yarandı. Bu, rahatlaşmağınıza görə idi?
- “Qəbələ” ümidlərini əks-hücumlara bağlamışdı. Bizim bir neçə qol şansımız oldu. 3-4-cü qolları da vura bilərdik.
 
- Çempionluq titul baxımından önəmlidir, yoxsa rəqibin bu yarışda “Neftçi” olması siiz motivasiya edir?
- Futbolçu hər zaman titul qazanmaq istəyir. “Neftçi” və ya digər rəqiblərin olması fərq etmir. Titul daha önəmlidir.
 
- Azarkeşlər arasında mübahisələr komandalar arasında yoxdur?
- Onların arasındakı mübahisələr bəzən söyüşə qədər davam edir. Futboçular meydanda bir-birinə hörmət etməlidir. Tək “Neftçi” deyil, “Qəbələ” də bizim rəqibimiz sayılır.
 
- Miçellə Stankoviçin münaqişəsində nə baş vermişdi? Elə sən də Stankoviçlə mübahisə etdin.
- Miçel bir az çılğındır. Stankoviç də təxribata çəkməyi xoşlayır. Futbolda uduzmağı da bacarmaq lazımdır.

Xəbər xətti