"Qarabağ"ın futbolçusu ÇSKA-nın hədəfində

11:11 - 2 May 2019

"Qarabağ"ın yarımmüdafiəçisi Simeon Slavçevlə bağlı Bolqarıstan mətbuatında yeni iddia ortaya atılıb.

 

Sportal.az "sportal.bg" saytına istinadən xəbər verir ki, bolqarıstanlı futbolçu yayda Ağdam klubundan ayrılacaq. Ötən yay Lissabon "Sportinq" klubundan "Qarabağ"a keçən futbolçu qış fasiləsindən sonra əsas heyətdə yerini itirib. Slavçevin mövsüm başa çatdıqdan sonra 2 illik müqaviləsi qalacaq. Nəşrin iddiasına görə, tərəflər müqaviləni qarşılıqlı razılaşma əsasında pozacaq.

 

Bolqarıstan millisinin üzvüylə ölkəsinin ÇSKA klubu maraqlıdır. Sofiya təmsilçisi Rusiyanın "Yenisey" klubundan Petr Zanevi də almaq istəyir.

 

Slavçev "Qarabağ"da 22 oyuna 2 qol vurub.

Xəbər xətti