Ernesto Valverde: "Oyunun yekununa Messi qərar verdi"

15:18 - 2 May 2019

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda evdə "Liverpul"u 3:0 hesabı ilə məğlub edən "Barselona"nın baş məşqçisi Ernesto Valverde açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 55 yaşlı mütəxəssis nəticəni möhtəşəm adlandırıb: "Matçın tempinə "Liverpul" qərar verdi. Biz sürət aşağı salmağa çalışdıq, onlar sürətli oyuna üstünlük verdilər. "Liverpul"un da qol epizodları oldu. Hesabda geriyə də düşə bilərdik. Çox güclü komandaya qarşı möhtəşəm nəticə qazandıq".

 

Valverde matçda dubl edən Lionel Messi barədə bunları deyib: "Messi bizi təəccübləndirməkdən heç vaxt imtina etmir. O, bizim kapitanımız, ritmimizi müəyyənləşdirən liderdir. Marçın yekununa Messi qərar verdi və zəfəri bizə gətirdi".

Xəbər xətti