Milli üzvündən kubok oyununda məhsuldar ötürmə

15:48 - 2 May 2019

Litva kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin üzvü Kamran Quliyevin çıxış etdiyi “Yonava” klubu “Heggelmann” ilə üz-üzə gəlib. 

 

Görüş “Heggelman”ın qələbəsi ilə başa çatıb. Matçda hesabı 32-ci dəqiqədə “Jonava” kollektivi açıb. Həmyerlimizin məhsuldar ötürməsindən sonra Sarunas Çinikas topu tora qovuşdurub. İkinci hissədə 3 qol vuran “Heggelman” növbəti mərhələyə adlayan tərəf olub.  

 

Qeyd edək ki, Kamran Quliyev ötən ildən “Yonava”da çıxış edir.

Xəbər xətti