"Qalatasaray"ın futbolçusu Braziliya klubunun hədəfində

17:17 - 2 May 2019

"Qalatasaray"ın braziliyalı müdafiəçisi Mariano karyerasını ölkəsində davam etdirə bilər.

 

Sportal.az "Fox Sports"a istinadən xəbər verir ki, 32 yaşlı sağ cinah müdafiəçisi "San-Paulu"nun transfer hədəfindədir. Komandanın baş məşqçisi Kuka futbolçunun transfer edilməsini rəhbərlikdən tələb edib.

 

Mariano qış fasiləsində "Flamenqo"dan təklif alsa da, İstanbul klubunda qalmışdı. Onun mövsümün sonunda ayrılacağı gözlənilir.

 

Mariano 2017-ci ildə "Sevilya"dan "Qalatasaray"a keçib.

Xəbər xətti