Premyer Liqanın 27-ci turunu 5 futbolçu buraxacaq

11:52 - 3 May 2019

Mayın 5-i Azərbaycan Premyer Liqasının 27-ci turunun görüşləri baş tutacaq.

 

Sportal.az xəbər verir ki, hesabat turunu 5 futbolçu cəzalı olduğu üçün buraxacaq.

 

Ağabala Ramazanov (“Səbail”), Tərlan Quliyev (“Keşlə”), Abdullah Zubir (“Qarabağ”), Bəxtiyar Həsənalızadə (“Zirə”) və Nicat Qurbanov (“Sumqayıt”) 26-cı turda sarı vərəqə limitini doldurub. Bu səbəbdən də onlar bu turu buraxmaq məcburiyyətində qalıblar.

 

27-ci turda "Sumqayıt" "Sabah"ı, "Qəbələ" "Neftçi"ni, "Qarabağ" "Səbail"i, "Keşlə" "Zirə"ni qəbul edəcək.

Xəbər xətti