Mata "Mançester Yunayted"in təklifini qəbul etmədi

15:42 - 3 May 2019

Mövsümün sonunda "Mançester Yunayted"lə müqaviləsi başa çatacaq Xuan Mata klubun yeni təklifini bəyənməyib.

 

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar" ispaniyalı yarımmüdafiəçiyə 1+1 illik müqavil təklif edib. 31 yaşlı futbolçu isə 2 illik müqavilə tələb edib. Bu səbəbdən də görüş müsbət tamamlanmayıb. Mata Madridin "Aletiko"klubunun hədəfindədir və böyük ehtimalla, yayda İspaniyaya üz tutacaq.

 

İspaniya millisinin üzvü 2014-cü ildən "Mançester Yunayted"də çıxış edir.

Xəbər xətti