"Fənərbaxça"dan Valbuena qərarı

17:46 - 3 May 2019

Türkiyə Super Liqasında uğursuz mövsüm keçirən "Fənərbaxça" müqaviləsi başa çatmaq üzrə olan yarımmüdafiəçisi Matye Valbuena ilə bağlı qərar verib.

 

Sportal.az "Takvim"ə istinadən xəbər verir ki, "sarı-lacivərdlilər" fransalı futbolçu ilə müqaviləni uzatmaq fikrindədir. Mövsüm bitən kimi 34 yaşlı futbolçu ilə danışıqlar aparılacaq. Fransa millisinin sabiq üzvüylə 2 illik müqavilə imzalanacağı gözlənilir.

 

Valbuena 2017-ci ildə "Lion"dan "Fənərbaxça"ya keçmişdi.

Xəbər xətti