Agenti təsdiq etdi: Səlahət Ağayev Qazaxıstan klubundan təklif alıb

11:13 - 4 May 2019

Azərbaycan millisinin və "Neftçi"nin qapıçısı Səlahət Ağayev Qazaxıstan klublarının birindən təklif alıb.

 

Sportal.az "sports.kz" saytına istinadən xəbər verir ki, 28 yaşlı əlcək sahibinin agenti Vaqif Heydərli bu barədə məlumat verib. Agent müştərisinin xidmətində maraqlı olan klubun adını açıqlamayıb: "Bəli, Qazaxıstandan təklif var. Üzrlü sayın, hansı klubdan təklif olduğunu hələ açıqlamıram".

 

Səlahət Ağayev 2017-ci ildə "Keşlə"dən "Neftçi"yə keçmişdi.

Xəbər xətti