Ayaz Quliyev oynadı, "Spartak" səfərdə qalib gəldi

17:17 - 4 May 2019

Rusiya Premyer Liqasında 27-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi "Spartak" səfərdə "Ural"a 1:0 hesabı ilə qalib gəlib.

 

Ayaz oyuna start heyətdə başlayıb və 89-cu dəqiqədə əvəzlənib. 22 yaşlı yarımmüdafiəçi 64-cü dəqiqədə sarı vərəqə alıb.

 

Premyer Liqada turnir cədvəlinə 57 xalla "Zenit" başçılıq edir. "Spartak" 43 xalla 5-ci, "Ural" 33 xalla 11-cidir.

Xəbər xətti