Azərbaycan Premyer Liqasının medalçıları və son pillənin sahibi bəlli oldu YENİLƏNİB

22:05 - 5 May 2019

Bu gün Azərbaycan Premyer Liqasında XXVII tur baş tutub.

 

Sportal.az xəbər verir ki, turun bütün görüşləri eyni gündə keçirilib.

 

Baş tutan qarşılaşmalardan sonra bütün mükafatçılar müəyyənləşib. "Səbail" üzərində böyükhesablı qələbə qazanan "Qarabağ" sona 1 tur qalmış çempionluğunu rəsmiləşdirib.

 

"Neftçi" isə səfərdə "Qəbələ"ni məğlub edib. Bununla "Neftçi" gümüş, "Səbail" isə bürünc medalı təmin edib. "Qəbələ" də mövsümü 4-cü pillədə tamamlayıb.

 

"Keşlə"nin məğlub olduğu turda "Sumqayıt" qələbə qazanaraq, 7-ci pillədəki mövqeyini möhkəmlədib. "Keşlə" isə son turun nəticələrindən asılı olmayaraq, çempionatı axırıncı pillədə başa vuracaq.

 

17:00 “Keşlə” – “Zirə” - 1:3

Qollar: Conatan Ayite, 45 (pen.) - Xulio Sezar Rodriqes, 26, 47, Mfo Kqasvane, 52

Qırmızı vərəqə: Denis Silva, 28 ("Keşlə")

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Əli Cəbrayılov, Kamal Umudlu

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Maşallah Əhmədov

“ASK Arena”

 

18:00 “Qəbələ” – “Neftçi” - 1:3

Qollar: Rauf Əliyev, 84 - Mamadu Mbodj, 26, Baqali Dabo, 71, 90 (pen.)

Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Eyyub İbrahimov, Xəlil Xəlilov

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Elbrus Abbasov

Qəbələ şəhər stadionu

 

18:00 “Qarabağ” – “Səbail” - 4:0

Qollar: Miçel, 21, Mahir Mədətov, 42, 69, 87

Hakimlər: Rövşən Rəcəbov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Rəşad Əhmədov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: İlham Əliyev

Tofiq Bəhramov adına Respublika Stadionu 

 

20:00 “Sumqayıt” – “Sabah” - 1:0

Qol: Əmir Ağayev, 49

Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Elşad Abdullayev, Elçin Məsiyev

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Rüfət Əmirov

“Kapital Bank Arena”

 

Xəbər xətti