Riçard Almeyda: “Neftçi”nin çempion olması mümkün deyil”

21:44 - 5 May 2019

Azərbaycan Premyer Liqasının 27-ci turunda "Səbail"i 4:0 hesabı ilə məğlub edən "Qarabağ" ardıcıl 6-cı dəfə ölkə çempionu olub.
 
Sportal.az xəbər verir ki, oyundan sonra Ağdam klubunun yarımmüdafiəçisi Riçard Almeyda fikirlərini bölüşüb. 29 yaşlı yarımmüdafiəçi çempionluq barədə fikirlərini bölüşüb:

 

- Əlbəttə, gözəl hisslərdir. Mən “Qarabağ”a qayıdanda “Neftçi”dən 5 xal geridə idik. Amma biz özümüzə inanırdıq. Yaxşı çalışdıq. Böyük arzumuz var idi. Çempion olduq və sübut etdik ki, Azərbaycanın ən yaxşı komandasıyıq.

 
- “Qarabağ”ın hegemonluğuna heç bir komandanın son qoya bilməməsinin səbəbi nədir?
- Biz 6-7 ildir bir yerdə oynayırıq. Əlbəttə, bir-birimizi yaxşı tanıyırıq və bu, bizim üstünlüyümüzdür. “Neftçi”nin çempion olması mümkün deyil. 

 

- Futbol ictimaiyyəti çempionun adına son turda aydınlıq gəlməsini arzulayırdı. Hər şey son tura qalsaydı, necə olacaqdı?
- Təbii ki, insanlar üçün yaxşı mübarizə olacaqdı. Bundan başqa, belə olması rəqiblərin güc balansını itirir. Çünki hər-hansı səhv həlledici ola bilər. Son oyuna qalsaydı, bizim üçün tamam fərqli ola bilərdi. 

 

- “Qarabağ”dakı gələcəyin necə olacaq?
- “Qarabağ”la 6 aylıq müqaviləm var. Ümid edirəm ki, hər şeyi yoluna qoya biləcəyik. “Qarabağ” mənim ailəmdir. Ailəm Azərbaycanı sevir. “Qarabağ”mənim ürəyimdədir. Burada olmaqdan çox xoşbəxtəm.

 

- “Qarabağ” Azərbaycana Çempionlar Liqası sevinci yaşadıb. Artıq çoxları düşünür ki, bundan sonra çətin olacaq. Sən necə düşünürsən?
- İnşallah, yaxşı olar.

Xəbər xətti