Vaqner da Silva: "Azərbaycandakı vəziyyətə alışmışam"

Azərbaycan Premyer Liqasının 27-ci turunda "Səbail"i 4:0 hesabı ilə məğlub edən "Qarabağ" ardıcıl 6-cı dəfə ölkə çempionu olub.
 
Sportal.az xəbər verir ki, oyundan sonra Ağdam klubunun qapıçısı Vaqner da Silva fikirlərini bölüşüb. 32 yaşlı braziliyalı qapıçı çempionluq barədə fikirlərini bölüşüb:

 

"Bu sevinc hissləridir. Qarşımıza çempion olmaq hədəfini qoymuşduq. Hədəfimizə də çatdıq. Hər zaman demişdik ki, hədəfimiz çempionluqdur. Buna görə də çox sevincliyik".

 

Vaqner Azərbaycanda keçirilən çempionata alışdığını bildirib: "Mən artıq bilirəm ki, çempionat oyunlarına və avrokubok matçlarına nə qədər azarkeş gəlir. Burdakı vəziyyətə alışmışam. Stadionlara daha çox fanatın gəlməsi çempionat üçün daha çox nüfuz gətirir. Bu həm də futbolçulara da motivasiya verir. Əsas olan odur ki, çempion olduq. Buna görə də çox sevinirəm".

 

Braziliyalı oyunçu çempionatdakı əsas rəqibləri "Neftçi" barədə də danışıb: "Futbolda belə şeyləri çox görmüşük. 5-6 xal fərqi ilə irəlidə olan komanda yekunda çempionluğu əldən verib. Belə halların şahidi çox olmuşuq. Avropa Liqasındakı oyunlarımız yekunda çempion oyunlarımıza da təsir edirdi. Burada məşqçinin payını xüsusi qeyd etmək istərdim. Çünki mövsüm ərzində bizi boşalmağa qoymadı". Qapıçı çempionluğa rəğmən cari mövsüm "Neftçi"ni məğlub edə bilməmələrinə də toxunub: "Rəqibin kimliyindən asılı olmayaraq, çempionat ayın 11 i bitir. "Qarabağ" olaraq bütün oyunlara qələbə üçün çıxırıq. Növbəti matç da istisna olmayacaq".

 

Vaqner Silva son olaraq Ağdam təmsilçisi ilə bir illik müqaviləsi olduğunu və komandada qalacağını deyib.

Tarix: 5 May [22:11]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Sentyabr 2019
15  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio