"Mançester Yunayted" Çempionlar Liqası şansını əldən verdi VİDEO

01:10 - 6 May 2019

İngiltərə Premyer Liqasında 37-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" səfərdə "Haddersfild"lə 1:1 hesablı heç-heçə edib. Bu nəticədən sonra "qırmızı şeytanlar" ilk 4-lük şansını qaçırıb. Sona 1 tur qalmış Mançester təmsilçisi 4-cü pillədəki "Tottenhem"dən 4 xal geridir.

 

Premyer Liqada turnir cədvəlinə 94 xalla "Liverpul" başçılıq edir. Bir oyunu ehtiyatda olan "Mançester Siti" 92 xalla 2-cidir. "Çelsi" 71 xalla 3-cü, "Tottenhem" 70 xalla 4-cü, "Arsenal" 67 xalla 5-ci, "Mançester Yunayted" 66 xalla 6-cıdır. 15 xalı olan "Haddersfild" 20-ci sırada qərarlaşıb.

 

"Haddersfild" - "Mançester Yunayted" - 1:1

Qollar: Mbenza, 60 - Maktominey, 8

 

 

 

Xəbər xətti