Azərbaycan millisinin üzvü Qazaxıstan klubunun hədəfində

12:25 - 6 May 2019

Almaniya II Bundesliqa təmsilçisi "Aue"də çıxış edən Azərbaycan millisinin üzvü Dmitri Nazarovun yayda klubunu dəyişmək ehtimalı çoxdur.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı futbolçunun doğulduğu ölkə - Qazaxıstanda oynamaq şansı yaranıb. Premyer Liqa təmsilçisi "Kayrat" ön xətt oyunçusunun xidmətində maraqlıdır.

 

Nazarovun Qazaxıstan variantına müsbət baxıb-baxmayacağı məlum deyil. Milli üzvünün ilk seçimi Almaniya klublarından biri olacaq.

 

Nazarovun "Aue" ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır. "Kayzerslautern" yetirməsi olan Dima "Ayntraxt", "Proyssen" və "Karlsrue" klublarında da çıxış edib.

Xəbər xətti