Luis Suares: "Enfild"də qol vursam, sevinməyəcəm"

14:49 - 7 May 2019

Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşündə "Liverpul"un qonağı olacaq "Liverpul"un hücumçusu Luis Suares oyundan öncə mətbuat konfransında fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, uruqvaylı forvard "Enfild"də qol vuracağı halda, bunu qeyd etməyəcəyini deyib: "Əgər "Enfild"də qol vursam, buna sevinməyəcəm. Futboldan anlayanlar ilk oyundakı sevincimi başa düşdü. "Liverpul" azarkeşlərinə hörmət edirəm. Onlara minnətdaram. Qol vursam, onların önündə sevinməyəcəm".

 

Suares matça Roberto Firmino və Məhəmmdə Salahsız çıxacaq "Liverpul" barədə bunları deyib: "Rəqibimizdə ciddi itkilər var, ancaq bu, planlarımızı dəyişməyəcək. "Lİverpul"un fərqli bacarığa malik digər oyunçuları var".

 

"El Pistolero" ləqəbli 32 yaşlı forvard "Enfild"də fitə basılmayacağını düşünür: "Liverpul"da möhtəşəm günlərim olub. Azarkeşlərdən fitə basılmağı deyil, alqışlar alacağımı düşünürəm".

 

"Liverpul" - "Barselona" oyunu Bakı vaxtı ilə 23:00-da start götürəcək. İlk oyunda "Barselona" 3:0 hesabı ilə qalib gəlib.

Xəbər xətti