Türkiyə millisinin sabiq üzvü Avstraliyada klubunu dəyişdi

15:48 - 7 May 2019

Türkiyə millisinin və “Beşiktaş”ın sabiq müdafiəçisi Ersan Adem Gülümün yeni klubu bəlli olub.

 

Sportal.az xəbər verir ki, 31 yaşlı müdafiəçi Avstraliyanın “Vestern Yunayted” klubu ilə 1 illik müqavilə imzalayıb.

 

Türkiyəli futbolçu Avstraliyanın "Adelaida" və “Vitlesea Yunayted” klublarında çıxış edib. Ərsan 2010-2016-cı illərdə "Beşiktaş"da oynayıb.

Xəbər xətti