Qvardioladan etiraf: "Dedim ki vurma, ötürmə et"

18:40 - 7 May 2019

İngiltərə Premyer Liqasının 27-ci turunda "Lester Siti"ni 1:0 hesabı ilə məğlub edən "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, 48 yaşlı mütəxəssis komandasının yeganə qolunun müəllifi olan Vensan Kompaninin fərqləndiyi epizodla bağlı bunları deyib: "Ürəyimdə "Zərbə vurma, ötürmə ver, ötürmə ver" dedim. Ancaq Kompani daha düzgün qərar verdi. Əlbəttə, möhtəşəm qol alındı".

 

"Şəhərlilər" son turda "Brayton"un qonağı olacaq. Qvardiola həmin görüşlə bağlı bunları bildirib: "Cəmi bir oyun qaldı, ancaq yenə də çətin olacaq. "Brayton"un "Arsenal" qarşısında necə yaxşı oynadığını gördük. Hər şey öz əlimizdədir. Yaxşı hazırlaşacağıq. Ümid edirəm ki, çempionluğu qazanacaq şəkildə oynayarıq".

 

Premyer Liqada turnir cədvəlinə 95 xalla "Mançester Siti" başçılıq edir. "Liverpul" 94 xalla 2-cidir.

 

Son turda "Mançester Siti" "Brayton"un qonağı olacaq, "Liverpul" isə "Vulverhempton"u qəbul edəcək.

Xəbər xətti