"Fulhem"in futbolçusu "Qalatasaray"da

18:28 - 7 May 2019

Qış fasiləsində "Beşiktaş"dan İngiltərnin "Fulhem" klubuna keçən Rayan Babel Türkiyəyə qayıdacaq.

 

Sportal.az "NTV Spor"a istinadən xəbər verir ki, Hollandiya millisinin üzvü "Qalatasaray"la anlaşıb. İstanbul təmsilçisi 32 yaşlı vingerlə 3 illik müqavilə imzalamağa hazırlaşır. Babel "sarı-qırmızılar"a azad agent statusu ilə keçəcək. Hollandiyalı futbolçu 3 il ərzində 10 milyon avro maaş alacaq. Transfer mövsüm baş çatdıqdan sonra rəsmən açıqlanacaq.

 

Babel 2017-2019-cu illərdə "Beşiktaş"da çıxış edib. Təcrübəli futbolçu "Fulhem"də 15 oyuna 5 qol vurub, 3 assist edib. Babel "Ayaks", "Liverpul", "Hoffenhaym", "Kasımpaşa", "Əl-Əin" və "Deportivo" klublarında da çıxış edib.

Xəbər xətti