Elbrus Məmmədov qərarını verdi

14:08 - 8 May 2019

"Sumqayıt"ın əvəzedici komandasının baş məşqçisi, Azərbaycanın U-21 millisinin çalışdırıcısı Milan Obradoviçin köməkçisi olan Elbrus Məmmədov gələcək karyerası ilə bağlı qərar verib.

 

Sportal.az xəbər verir ki, iki işdən birini seçməli olan mütəxəssis qərarını milli üzərində edib. O, mövsüm başa çatan kimi "gənclik şəhəri" təmsilçisindən ayrılacaq və U-21 millisində çalışacaq.

 

"Sumqayıt-2" Elbrus Məmmədovun rəhbərliyi altında I Divizionda mövsümü 2-ci yerdə tamamlayıb.

Xəbər xətti