Əmrah Çəlikəl: "Oyun "Bakcell Arena"da keçiriləcək"

Azərbaycan Premyer Liqasının sonuncu turunda baş tutacaq “Neftçi” – “Qarabağ” matçının “Bakcell Arena”da keçirilməsi gözlənilsə də, meydan sahibləri stadionun dəyişdirilməsi üçün hərəkətə keçib. Paytaxt klubunun rəhbərliyinin bu addımı isə birmənalı qarşılanmayıb.

 

Sportal.az yenicag.az-a istinadən xəbər verir ki, “Qarabağ”ın icraçı direktoru Əmrah Çəlikəl də məsələyə münasibət bildirib. Klub rəsmisi oyunun qaydalara əsasən, əvvəldən təyin olunmuş məkanda – “Bakcell Arena”da keçiriləcəyini bildirib:

 

“Məndə olan məlumata görə, hər hansı bir dəyişiklik olmayacaq. Oyun “Bakcell Arena”da keçiriləcək. Belə söhbətləri biz də eşitmişik. Amma yekun qərar matçın “Bakcell Arena”da baş tutacağı ilə bağlıdır. Digər məsələlərlə bağlı nəsə deməyim düz çıxmaz. Hər halda nədir, nə deyil, başa düşmək olar. Biz sadəcə öz oyunumuza baxırıq, nəticə ilə maraqlanırıq”.

 

Qeyd edək ki, “Neftçi” – “Qarabağ” matçı mayın 11-də, saat 18:00-da start götürəcək. Qarşılaşma başa çatandan sonra Ağdam təmsilçisinə çempionluq kuboku və qızıl medallar təqdim olunacaq.

Tarix: 8 May [15:09]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Sentyabr 2019
15  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio