Henderson: "Xarakter göstərdik, ürəyimizi meydanda qoyduq"

17:10 - 8 May 2019

"Liverpul"un kapitanı Cordan Henderson Çempionlar Liqasının yarımfinal mərhələsində "Barselona"nı 4:0 hesabı ilə məğlub edərək, finala yüksəldikləri oyun barədə danışıb.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi inanılmaz nəticəyə imza atdıqlarını deyib: "İnanılmazdır! Bir çoxları bizə şans vermirdi. Matçdan öncə çətin olacağını, amma ümid yeri olduğunu bilirdik. Bu inanca görə paltardəyişmə otağımızda möhtəşəm ab-hava var idi. Kaş, hamı bunu görə bilərdi".

 

Kapitan "Barselona" üzərindəki qələbəni "Enfild"də yaşanan ən yaxşı nəticələrdən biri olduğunu deyib: "Enfild"in atmosferinə bələdik. Burada inanılmaz nəticələr reallaşıb. Bu stadion daha böyük nətiəcələrə şahidlik edib. Bu dəfəki ən yaxşılardan biri oldu".

 

Henderson "Barselona"nı məğlub etmələrinin sirri barədə bunları deyib: "Oyuna sürətli başlamaq istəyirdik. Əgər erkən qol vursaydıq, geri dönüş üçün inam artacaqdı. İlk dəqiqələrdən onları təzyiq altına salmağımız mükəmməl idi. "Barselona" fantastik komandadır. Xarakter göstərdik, ürəyimizi meydanda qoyduq".

Xəbər xətti