Premyer Liqada mükafatlandırma ilə bağlı hazırlıq

17:22 - 8 May 2019

İngiltərə Premyer Liqasında çempionluğun taleyi sonuncu - 38-ci turda həll olacaq. Son tura çempionluq yarışında "Mançester Siti" bayrağı öndə daşıyan tərəfdir. Yurgen Kloppun çalışdırdığı "Liverpul" son həftədə Pep Qvardiolanın kollektivinin büdrəməsini gözləyir.

 

Sportal.az xəbər verir ki, Premyer Liqa rəhbərliyi son turdan öncə "Enfild"ə kuboku və qızıl medalları aparmağa qərar verib. "Liverpul" bu arenada "Vulverhempton"u qəbul edəcək.

 

"Mançester Siti" isə "Brayton"un qonağı olacaq. Bu qarşılaşmada da kubok və qızıl medallar hazır olacaq.

 

Turun son oyunları mayın 12-si, Bakı vaxtı ilə 18:00-da başlayacaq.

 

Premyer Liqada turnir cədvəlinə 95 xalla "Mançester Siti" başçılıq edir. "Liverpul" 94 xalla 2-cidir.

Xəbər xətti