"Səbail"dən ayrıldığını açıqladı

19:42 - 8 May 2019

Premyer Liqada 3-cü yeri tutaraq, Avropa Liqasına vəsiqə qazanan "Səbail"də daha bir ayrılıq baş verib.

 

Sportal.az xəbər verir ki, Ruslan Qurbanov paytaxt klubundan ayrılıb. Azərbaycan millisinin üzvü bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.

 

27 yaşlı hücumçu ötən yay "Qəbələ"dən "Səbail"ə keçmişdi. Qurbanov cari mövsüm 23 oyuna 3 qol vurub.

 

"Səbail" daha öncə gürcüstanlı müdafiəçisi Tamazi Tsetxaladze ilə yolları ayırmışdı.

Xəbər xətti