Fatih Terim federasiyadan aldığı təzminatı uşaq fonduna bağışladı

13:02 - 9 May 2019

"Qalatasaray"ın baş məşqçisi Fatih Terim Türkiyə Futbol Federasiyasından aldığı 5,2 milyon TL təzminatı Uşaq Yardım Fonduna yatırıb.

 

Sportal.az xəbər verir ki, bu barədə mütəxəssisin vəkili Rezan Epözdemir məlumat verib. O, bu quruma ən böyük yardımın edildiyini deyib.

 

Fatih Terim Türkiyə millisindən ayrıldıqdan sonra məhkəməyə şikayət etmiş və federasiyadan təzminat almışdı.

Xəbər xətti