"Bayer"dən 28 milyon avroluq transfer

00:11 - 10 May 2019

"Hoffenhaym"da çıxış edən Almaniya millisinin üzvü Kərəm Dəmirbay klubunu dəyişib.

 

Sportal.az xəbər verir ki, Türkiyə əsilli futbolçu "Bayer"ə transfer olub. 25 yaşlı yarımmüdafiəçi leverkuzenlilərə 28 milyon avroya başa gəlib. Onunla 2024-cü ilin yayına kimi müqavilə imzalanıb. Kərəm "Bayer"in ən bahalı transferi olub.

 

"Hoffenhaym" Dəmirbayı 2016-cı ildən "Hamburq"dan 1,7 milyona transfer edib. O, bu mövsüm 30 oyuna 4 qol vurub, 10 assist edib.

Xəbər xətti