Sarri: "İlk hissədə işi bitirməli idik"

13:23 - 10 May 2019

Avropa Liqasının yarımfinal mərhələsində "Ayntraxt"ı mübarizədən kənarlaşdıran "Çelsi"nin baş məşqçisi Maurisio Sarri fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis finala yüksəlmələri barədə bunları deyib: "Məncə, ilk hissəni çox yaxşı oynadıq. Ancaq fasilədən sonra başımız bəlaya düşdü. Komandada nizam pozuldu və qol buraxdıq. İlk hissədə işi bitirməli idik. Matçın sonlarında şanslarımız oldu, amma yorğun idik. Oyunda iki zədəlimiz oldu, buna baxmayaraq, finaldayıq".

 

Sarri penaltilər seriyası ilə bağlı bunları deyib: "Penaltilər üçün hazırlıq görülməz. Məşqdə möhtəşəm zərbələr vura bilərsiniz, ancaq təzyiq altında olanda hər şey dəyişir. Belə anda güclü xarakterə ehtiyac olur. Buna görə də futbolçularımı təbrik edirəm".

 

"Çelsi" finalda "Arsenal"la qarşılaşacaq. Həlledici oyun mayın 29-u, Bakı Olimpiya Stadionunda baş tutacaq.

 

Xəbər xətti