"Beşiktaş" 36 yaşlı futbolçu ilə bağlı qərar verdi

15:15 - 10 May 2019

“Beşiktaş”da mövsümün sonunda müqaviləsi başa çatacaq yarımmdüfiəçisi Atiba Hatçinsonla yeni saziş imzalamağa qərar verib.

 

Sportal.az xəbər verir ki, "qara qartallar" kanadalı futbolçunun agentini İstanbula dəvət edib. İstanbul təmsilçisi təcrübəli futbolçuya 1 illik sözləşmə təklif edəcək. Hatçinson təklifi qəbul etsə 1 il ərzində 1 milyon avro maaş alacaq.

 

Atiba 2013-cü ildə PSV-dən "Beşiktaş"a keçmişdi.

Xəbər xətti