Qurban Qurbanov və Nikola Yurçeviç kimə səs verib?

İdman Araşdırmalar Mərkəzinin Azərbaycanda 2018/2019 mövsümünün ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün keçirdiyi sorğuda baş məşqçilərin kimlərə səs verdikləri bəlli olub.

 

Sportal.az xəbər verir ki, sorğuya Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç və Premyer Liqanın 8 komandasına rəhbərlik edən mütəxəssislər qatılıblar. Klublarda çalışan baş məşqçilərdən 3-ü mövsümün futbolçusu seçilən "Neftçi"nin yarımmüdafiəçisi Emin Mahmudova səs verib.

 

Əcnəbi futbolçulardan yalnız "Qəbələ"nin legioneri Stiven Monroz baş məşqçilərdən səs alıb. Həmin səs isə "Neftçi"yə rəhbərlik edən Roberto Bordinə məxsusdur.

 

Səsvermənin başlıca şərtinə əsasən, futbolçular və klubların baş məşqçiləri öz komandalarının üzvlərinə səs verməyiblər:

 

Nikola Yurçeviç (Azərbaycan milli komandası) – Mahir Mədətov

Qurban Qurbanov (“Qarabağ”) – Emin Mahmudov

Roberto Bordin (“Neftçi”) – Stiven Monroz

Aftandil Hacıyev (“Səbail”) – Mahir Mədətov

Sənan Qurbanov (“Qəbələ”) – Mahir Mədətov

Samir Abasov (“Zirə”) – Emin Mahmudov

Elşad Əhmədov (“Sabah”) – Emin Mahmudov

Ayxan Abbasov (“Sumqayıt”) – Mahir Mədətov

Tərlan Əhmədov (“Keşlə”) – Qara Qarayev

 

Qeyd edək ki, Emin Mahmudov sorğuda 1 səs fərqi ilə “Qarabağ”ın futbolçusu Abdullah Zubiri qabaqlayıb. Mahmudov 30, Zubir isə 29 səs toplayıb. “Üçlüy”ü 20 səslə “Neftçi”nin digər futbolçusu Baqali Dabo qapayıb.

Tarix: 10 May [16:10]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Sentyabr 2019
15  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio